Muəllif: Redaksiya
Kompüterə görə kiçik qardaşını öldürdü
Bu əcaib hadisə Xaçmazda baş verib. Rayonun Hülövlü kənd sakini, 17 yaşlı Tamerlan Nizamov iyulun 3-də axşam saatlarında 14 yaşlı qardaşı Nizam Nizamova 5 bıçaq zərbəsi vurub. Nizam hadisə nəticəsində keçinib.
Mübahisə edən övladlarını ayırmağa çalışan 68 yaşlı Eynulla Nizamov da əlindən bıçaq zərbəsi alıb. Eynulla Nizamova xəstəxanada ilkin yardım göstərildikdən sonra evə buraxılıb.
Qohumları deyiblər ki, qardaşlar arasında mübahisə kompüter oyunu üstündə yaranıb. Hər iki qardaşın 2-ci qrup əlil və ruhi xəstə kimi qeydiyyatda olduğu bildirilir.
Bölüm: Kriminal
Oxunma sayı: 142