Muəllif: Redaksiya
Komitə sədri uşaq intiharının səbəblərini bilir
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova son vaxtlar uşaqlar arasında intihar hallarının artması barədə məlumatlara münasibət bildirib.
Komitə sədri deyib ki, intihar hallarının artması fikri ilə razı deyil: “Sadəcə, hazırda baş verən hadisələr barədə daha geniş formatda informasiya çatdırılır. Əvvəllər də belə hadisələr olurdu, lakin bu barədə informasiyalar verilmirdi, gizli qalırdı”.
Hüseynovanın sözlərinə görə, baş vermiş bütün intihar halları araşdırılır: “İntihar halları daha çox məişət zorakılığı, ya da qızların erkən ərə verilməsi problemi ilə bağlıdır. Komitə belə halların çox qeydə alındığı rayonlarda uşaqlarla işi daha da gücləndirir”.
Bölüm: Cəmiyyət
Oxunma sayı: 114

