Muəllif:

Kollecin direktor müavini barəsində cinayət işi başlandı

Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin direktor müavini Ələmdar Əliyev barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işinin istintaqını Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi araşdırır.
Baş Prokurorluğun mətbuat xidməti bildirir ki, Ələmdar Əliyev öz qulluq mövqeyindən istifadə etməklə müxtəlif vaxtlarda Ağcabədi rayon sakinlərindən onların övladlarını kollecə qəbul etdirəcəyi adı altında ümumilikdə 5.200 manat məbləğində pul vəsaitini alaraq aldatmasında şübhələr üçün ə saslar olduğundan onun barəsində cinayət işi başlanıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 153