Kollec direktorunun həbs müddəti 3 ay da uzadıldı
Bakı Dövlət Sosial İqtisad Kollecinin rüşvətxorluqda təqsirləndirilən direktoru və digər 3 əməkdaşı barəsində həbs-qətimkan tədbirinin müddəti 3 ay uzadılıb. Nəsimi Rayon Məhkəməsi istintaq orqanının verdiyi vəsatəti təmin edib.
Bir müddət öncə Bakı Dövlət Sosial İqtisadi Kollecində antikorrupsiya əməliyyatı zamanı kollecin direktoru Mübariz Mahmudov, onun bacısı oğlu, kollecin qiyabi təhsil şöbəsinin müdiri İlqar Əzizov, həmin şöbənin metodisti Şahin Mirzəhmədov və direktorun sürücüsünə qarşı ittiham irəli sürülüb, barələrində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
O da məlum olub ki, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları xüsusi əməliyyat keçiriblər, adı çəkilən şəxslərin əllərində rüşvət üçün verilən pullar tutulub. Proses texnikanın imkanlarından yararlanmaqla, mötəbər sübutlar yaradılaraq, aparılıb.