Muəllif:

Kiyevdə 1 mln. adamın iştirakı ilə xalq yığıncağı keçiriləcək

Ukrayna müxalifəti bu gün Bakı vaxtı ilə saat 14.00-da Kiyevin Müstəqillik meydanında növbəti “xalq yığıncağı” keçirəcək.Belə bir formatda keçirilən kütləvi etiraz aksiyası (mitinqə bütün ölkədən, xüsusilə, qərb bölgələrdən gələn avrointeqrasiya tərəfdarları qoşulacaq) son 17 gündə sayca üçüncüdür.

Batkivşina Partiyasının lideri Arseniy Yatsenyuk “xalq yığıncağı”nı “Ukrayna xalqının öz haqları uğrunda apardığı mübarizənin üçüncü mərhələsi” adlandırıb.

UDAR hərəkatının lideri aksiyada 1 milyondan çox insanın iştirak edəcəyini bəyan edib.

Öz növbəsində Ukraynanın baş naziri Nikolay Azarov bəyan edib ki, Rusiya və Ukrayna artıq əməkdaşlığın bərpasının “yol xəritə”sini hazırlayıblar.

«Hərtərəfli əməkdaşlığın bərpasının “yol xəritə”si artıq hazırlanıb və mən ümid edirəm ki, dünənki danışıqlardan sonra, demək olar ki, bütün mübahisəli məsələlər aradan qaldırılıb. İki prezident arasında keçirilmiş görüşün digər əsas mövzusu qaz probleminə dair yekun danışıqlara hazırlıq məsələləri ilə bağlı olub”, deyə baş nazirin bəyanatında qeyd olunur.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 153