Kişilər öz millətinə at və eşşək əti tədarük ediblər
Müşfiqabad qəsəbəsinin Güzdək yaşayış massivindəki 2 mənzildə at və eşşək əti aşkar olunub. Kişilər öz millətinə at və eşşək əti tədarük ediblərmiş. Başqa sözlə, at və eşşək ətini bu millətə layiq bilmişlər.
Dövlət Baytarlıq Xidməti mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli mətbuata açıqlamasında deyib ki, at və eşşək əti Dövlət Baytarlıq Xidmətinin mütəxəssisləri tərəfindən aşkarlanıb. Onun sözlərinə görə, həmin həyətlərə Abşeron rayonun hüquq- mühafizə orqanları ilə birlikdə daxil olublar, 2 mənzildən 600 kiloqrama yaxın at və eşşək əti götürülüb.
Xanvəli qeyd edib ki, götürülən ətlərdən laborator nümunələr götürülərək müayinə olunacaq və daha sonra müvafiq qərar qəbul ediləcək:
“Bizə bu barədə dünən axşam məlumat daxil olub və Dövlət Baytarlıq Xidmətinin vasitəsilə obyektdəki «məhsullar» götürülüb. Həmin ətlər sümükdən çıxarılıb, qablaşdırılıb, hazır vəziyyətə gətirilib. Onlar xüsusi sellofan torbalarda bir neçə obyektin adı yazılmış halda aşkarlanıb. Çox güman ki, bu ətlər əhaliyə satış məqsədi üçün nəzərdə tutulub. Hüquq-mühafizə orqanları lazımi araşdırmalar aparacaq, ətin haradan gətirilməsi və harada satılması açıqlanacaq”.

