Muəllif:

Kişi oğlunu və baldızını bıçaqladı

Ötən gün axşam saatlarında Siyəzən rayonunda bıçaqlanma faktı qeydə alınıb. 48 yaşlı Çingiz Nuriyev oğluna və baldızına bıçaqla xəsarətlər yetirib. 18 yaşlı Dəyanət Nuriyev və 45 yaşlı Xavər Qoçalıyeva bədənin müxtəlif nahiyələrinin kəsilmiş-deşilmiş yaraları ilə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə gətirilib. Yaralıların heç birinin həyatı üçün təhlükə yoxdur.

Hadisəni törədən Ç.Nuriyev Siyəzən polisi tərəfindən saxlanılaraq istintaqa cəlb olunub. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 162