Muəllif: İsmayıl Umudlu
Kinematoqrafçılar İttifaqını anbara daşıdılar
Yanvarın 23-də Bakı meriyasının nümayəndəsi Kinematoqrafçılar İttifaqına gələrək, ofisin boşaldılmasını tələb edib. Bundan sonra işçilər əşyaları və sənədləri daşımağa başlayıblar. Bu barədə Turan-a Kİ katibi İsa Cabbarov bildirib. Onun sözlərinə görə, meriya nümayəndəsi adını söyləməyib və hər-hansı sənəd göstərməyib. Kİ sənədlərinə gəlincə, onlar qurumun on illərdir yerləşdiyi Hökumət Evinin anbarına daşınır. Nə isə, bu özü olduqca maraqlı bir «filmdir»
Bölüm: Mədəniyyət
Oxunma sayı: 105