Muəllif:

Kimyəvi silahı kim tətbiq edib: hökumət, yoxsa silahlı müxalifət?

Suriyada kimyəvi silahı kim tətbiq edib: hökumət, yoxsa silahlı müxalifət? Bu sualın cavabı aydın deyil. Rusiya, İran və Əsəd iddia edir ki, bunu müxalifət edib, hökümətin üzərinə yıxır. Qərb bu versiyanı şübhə altına alır. Son olaraq Fransanın xarici işlər naziri iddia ilə çıxış edib ki, Suriyada kimyəvi silahı müxalifət yox, hakimiyyət tətbiq edib.
Fransanın xarici işlər naziri Loran Fabius Suriyada kimyəvi silahın müxalifət tərəfindən tətbiq olunması barədə Rusiyanın iddialarının inandırıcı olmadığını bildirib.

Fabius deyir ki, belə bir şey olmayıb: “Bu versiyanı ruslar çoxdan irəli sürür. Həmkarım Sergey Lavrov da Sankt-Peterburqda bu inandırıcı olmayan versiyanı səsləndirdi”.
Fabius bəyan edib ki, hər şey kimyəvi silahın Suriya rejimi tərəfindən tətbiq olunduğunu göstərir: “Yalnız onlar bu ehtiyatlara malikdir və bu silahın tətbiqində maraqlıdır”.

Nazir onu da əlavə edib ki, Suriyaya qarşı hərbi əməliyyat təhlükəsindən Bəşərə Əsədi Cenevrədə müxalifətlə masaya oturmağa məcbur etmək üçün istifadə etmək lazımdır: “Nə qədər ki, Bəşər Əsəd özünü məğlubedilməz sayır, o, danışıqlara getməyəcək. Ciddi təzyiq lazımdır ki, Əsəd Cenevrədə milli müxalifət koalisiyası ilə danışıqlara getsin. Fransa diplomatiyası bu istiqamətdə irəliləyir”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 134