Muəllif:

Kiçik çaplı toplar istehsal edəcəyik

Müdafiə Sənayesi Nazirliyi (MSN) kiçik çaplı topların istehsalına başlayacaq.
APA-nın öz hərbi mənbələrinə istinadən verdiyi məlumata görə, hazırda MSN Cənubi Afrika Respublikasının (CAR) hələlik adı açıqlanmayan şirkəti ilə 20, 23 və 30 mm çaplı topların birgə istehsalı layihəsi üzərində işləyir.

Topların seriya istehsalına 2014-cü ildə başlanacağı gözlənilir. Bu toplar döyüş maşınlarının və helikopterlərin silahlanmasında tətbiq olunacaq. Hazırda Azərbaycan MSN müxtəlif silahların və texnikaların istehsalı ilə bağlı CAR firmaları ilə əməkdaşlıq edir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 145