Muəllif:

Keyko Matsuinin konserti başqa vaxta keçirildi

Martın 11-dən 19-dək Bakıda Beynəlxalq Muğam Festivalı ilə əlaqədar olaraq, Keyko Matsuinin konsertinin təşkilatçıları 15 mart tarixinə planlaşdırılmış konsertin başqa tarixə keçirilməsi barədə qərar qəbul ediblər. Təşkilatçılar istedadlı pianoçunun pərəstişkarlarına bildirirlər ki, Keyko Matsui 27 və 28 mart tarixlərində Bakıda — Heydər Əliyev Sarayında iki konsert təqdim edəcək.
Əməkdar artist İsfar Sarabskidə konsertin xüsusi qonağı olacaqdır. BUTA İM Baş direktoru Nəsib Piriyev deyir: «Bir neçə gün olar biz Bakıda Beynəlxalq Muğam Festivalı barədə məlumat aldıq və bu səbəbdən həmin Festival çərçivəsində planlaşdırılmış tədbirlərlə kəsişməməsi üçün biz qərara gəldik ki, Keyko Matsuinin konsertini başqa tarixə keçirək. Bununla əlaqədar olaraq, biz xanım Keyko Matsuiyə və artıq konsertə biletlər almış onun bütün pərəstişkarlarına öz üzrxahlığımızı bildiririk. Biz Sizləri inandırmağa hazırıq ki, 27 və 28 mart tarixlərində konsert yüksək səviyyədə keçiriləcək və Siz Keyko Matsuinin təkraredilməz musiqisindən böyük zövq alacaqsınız».
15 mart konsertinə qabaqcadan alınmış bütün biletlər biletlərdə göstərilən yerlər saxlanmaqla 27 mart tarixindəki konsert üçün etibarlıdır. Kassalarda biletlərin dəyişdirilməsinə ehtiyac yoxdur.
Əgər 15 mart konsertinə bilet almış tamaşaçılar konsertə 28 martda getmək istəyirlərsə, onlar Bülbül prospekti ilə Tolstoy küçəsinin kəsişməsində («Continental» supermarketinin yanında) yerləşən kassaya yaxınlaşmalı və biletlərini dəyişdirməlidirlər. Biletlər həmin kassada da qaytarıla bilər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 118