Muəllif:

Ketrin Eşton və Ştefan Füle Anar Məmmədlinin həbsindən narahatdır

Avropa Birliyinin xarici siyasət üzrə ali təmsilçisi Ketron Eştonun və genişlənmə və qonşuluq siyasəti üzrə Avropa Komissarı Ştefan Fülenin mətbuat katibi Azərbaycanda Seçkilərin Monitorinqi Mərkəzinin rəhbəri Anar Məmmədlinin həbsi ilə bağlı bəyanat yayıblar.

“Ali komissar və genişlənmə üzrə komissar Anar Məmmədlinin məhkəmənin 16 dekabr tarixli qərarı ilə həbs edilməsindən həddindən artıq narahatdırlar.

Ketrin Eşton və Ştefan Füle Azərbaycan hakimiyyətini Anar Məmmədliyə qarşı ittihamları siyasi iradədən asılı olmadan, tez, ədalətli, şəffaf və müstəqil şəkildə araşdırmağa çağırırlar.

Avropa Birliyi Məmmədlinin işini və Azərbaycanda vətəndaş cəmiyyəti və ayrı-ayrı vətəndaşlarla bağlı digər hüquqi prosedurları diqqətlə izləyəcək”, deyə bəyanatda bildirilir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 109