Muəllif: Redaksiya
Keşmiş məhbus anasının evindən oğurluq etdi
Sumqayıtda anasının evindən oğurluq edən şəxs həbs edilib. Sumqayıt polisindən verilən məlumata görə, hadisə iyulun 27-də qeydə alınıb. Şəhər sakini Şərqiyə Hacıbalayevanın evindən 6000 manat pul və qızıl əşyaları oğurlanıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin onun oğlu, əvvəllər məhkumluq həyatı yaşamış İlqar Hacıbalayev tərəfindən törədildiyi müəyyənləşib və onu yaxalamışlar.
Bölüm: Kriminal
Oxunma sayı: 177

