Kənd sakini kimin basdırdığı minaya düşüb?
Aprelin 2-dən Ermənistanla sərhəddə itkin düşmüş Qazax rayonunun Xanlıqlar kənd sakini Sabir Kərimovun meyiti bu gün səhər saatlarında cəbhə xəttindəki meşədə parçalanmış halda tapılıb. Onun minaya düşdüyü bəlli olub. Prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirəndən sonra meyit ailəsinə təhvil veriləcəkdir.
Sabir Kərimov bir çox yoxsul kənd sakinləri kimi meşəyə göyərti yığmaga gedibmiş.
Və bu nəhs hadisə…
Bəs kənd sakini kimin basdırdığı minaya düşüb? Bu barədə hələlik heç nə deyilmir və nəsə deyiləcəyini də gözləməyinə dəyməz. Bizim hərbçilərin cəbhə xəttində haraya nə basdırdıqları özlərinin də yadından çıxıb. Əgər həmsərhəd kəndlərin sakinləri minalanmış sahələrə ayaq basa bilirlərsə və bu kimi sahələrə bizim hərbçilər tərəfindən nəzarət edilmirsə, məsələ özlüyündə aydınlaşır.

