Kəmalə Qaramollayeva ailə qurur
Azəri-star müsabiqəsindən bu yana ictimaiyyət arasında mahnıları ilə tanınan Kəmalə Qaramollayeva ailə qurur. Aprelin 14-də dəbdəbəli şadlıq saraylarından birində sənətçinin toyudur. Toy xəbərinin təfərrüatlarını AYNA ilə bölüşən sənətçi ailə quracağı şəxsin kimliyindən danışdı:
“Türkiyəli iş adamıdır. Cəmiyyətin tanıdığı bir insandır. Amma barəsində yalnız bunları deyə biləcəm. Toy şəkillərimiz mətbuatda yayımlanacaq və kimliyi bu şəkildə bəlli oalacaq”.
Qaramollayeva jurnalistlərin toya dəvət olunmadıqlarını diqqətə catdırdı. Onu da bildirdi ki, xeyir işini Şeron qrupu idarə edəcək. Dəvətli sənətçilərin sırasında rəqqasə Fatimə, Könül Kərimova və Rəhim Rəhimli də var. Toydan sonra sənətdən ayrılmasa da sənətçi, az-az görünəcəyini bildirdi. O, bunun ailə qərarı olduğunu sözünə əlavə etdi. Aktrisa kimi çəkildiyi serialda iştırakını yenə də davam etdirəcək.
Öyrənə bildiyimiz daha bir xəbər odur ki, cütlük şirin ayı yaya saxlayacaq. Sənətçi görüləcək yaradıcılıq işlərini prodüserinə həvalə edəcək. Hətta onu sosial şəbəkədə belə prodüseri əvəzləyəcək. Bir həftə sonra Kəmalə yenidən işlərinin başında dayanacaq. Hələlik isə sənətçimizin başı toy hazırlıqlarına qarışıb.