Muəllif:

Keçmiş məhkum oğurluğa qurşanıbmış

Bakıda silsilə oğurluq hadisələri törədən şəxs həbs edilib. Bəlli olub ki, keçmiş məhkum oğurluğa qurşanıbmış. Əvvəllər məhkum olunmuş Mikayıl Yunusov Zabrat qəsəbəsi, 1 May küçəsində yerləşən Azər Atamova məxsus mağazadan qapını sındırma yolu ilə oğurluq edərkən Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsi əməkdaşları tərəfindən tutulub.

Müəyyən edilib ki, o, həmin gün Rüstəm Cəfərova məxsus Nərimanov küçəsində yerləşən mağazadan dam örtüyünü sökmə yolu ilə oğurluğa cəhd edib. Bundan başqa, martın 5-də İmaməli Məmmədova məxsus Zabrat qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən mağazadan ərzaq malları, 200 manat, martın 18-ə keçən gecə Xaqani İbrahimova məxsus I Zabrat qəsəbəsində yerləşən mağazadan ərzaq malları, martın 20-nə keçən Azad Məmmədova məxsus İstixana küçəsində yerləşən mağazadan siqaretlər, martın 8-ə keçən gecə Kifayət Məmmədovaya məxsus R.Göyüşov küçəsində yerləşən mağazadan tavanı sökmək yolu ilə ərzaq malları, oktyabrın 14-nə keçən gecə Çapayev küçəsində Vasif Quluzadəyə məxsus «Kia» markalı avtomaşından şüşəni sındırma yolu ilə 100 manat, maaş kartı və şəxsi sənədlər oğurlayıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 110