Keçmiş arvadının üzünə kimyəvi məhlul atan keçmiş məhkum tutuldu
Bakı şəhər prokurorluğu stwardessanın üzünə kimyəvi məhlul atılması cinayəti ilə bağlı məlumat yayaraq bildirir ki, stüardessanın sifətinə kimyəvi məhlul atan şəxs barəsində cinayət işi başlanıb. Prokurorluqdan bildirilir ki, iyulun 26-da saat 00:15 radələrində Bakı şəhər sakini, 50 yaşlı, əvvəllər məhkum olunmuş Fərhad Əddürəhmanov keçmiş arvadı, 41 yaşlı, hava limanında təyyarə bələdçisi işləyən Alfiyə Əddürəhmanovanın Binə qəsəbəsində yaşadığı evinə gələrək şəxsi münasibətlər zəminində sonuncunun sifətinə naməlum kimyəvi maye ataraq ona ağır bədən xəsarətləri yetirib.
Fakta görə bu tarixdə Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində CM 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə cinayəti törətməkdə şübhəli bilinən Fərhad Əddürəhmanov CM bu maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində Xəzər rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.