Muəllif:

Kanoeçi Valentin Demyanenko dünya çempionu oldu

Almaniyanın Duysburq şəhərində avarçəkmə üzrə Dünya çempionatında Azərbaycan kanoeçisi Valentin Demyanenko qızıl medal qazanıb. Demyanenko 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşdə hamıdan güclü olub. O, final yürüşündə finişə 38,462 saniyəyə çatıb.
Bununla da, Valentin Demyanenko 4-cü dəfə kanoe üzrə Dünya çempionu adını qazanıb.
Sentyabrın 1-də isə Sergey Bezuqlıy — Aleksey Kupin dueti 2 nəfərlik kanoe qayığı (C-2) ilə 500 metr məsafəyə final yürüşünə çıxıblar. İdmançılarımız medala yaxın olsalar da, onlar əsas finalda finişə 1 dəqiqə 46,094 saniyəyə çataraq, 5-ci yerlə kifayətləniblər.
Azərbaycan bu yarışda 1 kayakçı və 6 kanoeçi ilə təmsil olunub.
Ümumilikdə, 78 ölkənin təmsil olunduğu, cəmi 30 ölkənin medal qazandığı Dünya çempionatında yığma komandamız medalların əyarına görə 15-ci olub.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 189