Muəllif:

«Kamran B.Ə.» MMC-nin vəzifəli şəxsləri cəzalandl

Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror dələduzluqda təqsirləndirilən «Kamran B.Ə.» MMC-nin vəzifəli şəxslərinə hökm oxunub.
Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən iclasda məhkəmənin qərarı ilə «Kamran B.Ə.» MMC-nin təsisçisi və rəhbəri Ələkbər Babayev 14 il, müxtəlif vaxtlarda MMC-nin direktoru vəzifəsində işləmiş German Hüseynov 11 il və tikinti nəzarətçisi Süleyman Əliyev 11 il azadlıqdan məhrum edilib. Məhkəmənin qərarı ilə hər üçünün əmlakları da müsadirə edilib.

Tikintidə işləmiş digər vəzifəli şəxs Rüfət Nağıyevə 10 il, «İnşaat-E» MMC-nin direktoru Kənan Quliyevə 6 il 25 gün müddətinə şərti cəza verilərək məhkəmə zalından azadlığa buraxılıblar.

Qeyd edək ki, ittihama görə, «Kamran B.Ə.» MMC-nin təsisçisi və rəhbəri Ələkbər Babayev, müxtəlif vaxtlarda MMC-nin direktoru işləmiş German Hüseynov və Rüfət Nağıyev, tikinti nəzarətçisi Süleyman Əliyev və «İnşaat-E» MMC-nin direktoru Kənan Quliyev ilə qabaqcadan əlbir olaraq cəmiyyət tərəfindən paytaxtın Yasamal rayonu ərazisində tikilən çoxmərtəbəli yaşayış binasında ümumilikdə 92 mənzili saxta müqavilələr tərtib etməklə 291 şəxsə təkrar sataraq əldə edilmiş 8 milyon 566 min manatın 2 milyon 545 min manatını inşa edilən binanın tikintisinə sərf edib, qalan 6 milyon 20 min manat məbləği isə dələduzluq yolu ilə talayıblar.

İstintaqın gedişində 200 nəfər zərərçəkmişlə binanın tikintisini davam etdirən «Şaiq» MTK arasında yeni müqavilələr bağlanılmaqla onların pozulmuş mənzil hüquqları bərpa olunub. Bundan başqa, zərərçəkmişlərdən 12 nəfərə 217 min 699 manat qaytarılmaqla vurulmuş zərərin ödənilməsi təmin edilib, digər 79 nəfərə vurulmuş 2 milyon 251 min manat zərərin ödənilməsini təmin etmək məqsədilə təqsirləndirilən şəxslərin adlarına qeydə alınmış daşınar və daşınmaz əmlakların üzərinə həbs qoyulub.

Bundan başqa, «Kamran B.Ə.» MMC vergiödəyicisi kimi qeydiyyatdan keçdikdən sonra Ələkbər Babayev 2008-ci ilin yanvar ayından 2011-ci ilin avqust ayına kimi olan dövrdə mənzil satışından əldə etdiyi 7 milyon 428 min manat məbləği zəruri sənədləri tərtib etməyərək vergi bəyannamələrində əks etdirməyib, eyni zamanda mənzil tikintisi ilə məşğul olan şəxslər kateqoriyasına aid hüquqi şəxs olmaqla vergi orqanlarına sadələşdirilmiş vergi hesabatlarını təqdim etməyərək 1 milyon 623 min manat məbləğdə külli miqdarda vergini dövlət büdcəsinə ödəməkdən yayınıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 235