Muəllif:

Kamera yoldaşları yeməklərini İlqar Məmmədovla paylaşıblar

 Bakı İstintaq Təcridxanasında karserdə saxlanılan ReAl hərəkatının lideri İlqar Məmmədovun vəziyyəti mayın 30-dan etibarən sabitləşib. Bazar ertəsi iki vəkil – Xalid Bağırov və Samir İsayev ona baş çəkiblər.  Məmmədov karserə salındıqdan sonra ac qalıb, çünki ona ev yeməyi ötürməyiblər, həbsxana yeməyindən isə imtina edib.

Bağırov bildirib ki, karserdə kamera yoldaşları yeməklərini Məmmədovla paylaşıb və onun vəziyyəti bir qədər yaxşılaşıb.   Öz növbəsində Penitensiar Xidmətin ictimai əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Turan-a bildirib ki, karserdə saxlanılanlara göndəriş və ərzaq düşmür. Onun sözlərinə görə, Məmmədov ac qalmır və onun vəziyyəti normaldır.

İlqar Məmmədov İsmayıllıda 23-24 yanvar iğtişaşlarının təşkilində ittiham olunaraq həbs edilib. İctimaiyyət onu vicdan məhbusu hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsi Məmmədovun şikayətini növbədənkənar icraata qəbul edib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 128