Muəllif:

Kaliforniya spikeri ermənilərin qanını qaraltdı

Kaliforniya spikeri Azərbaycanın işğal olunmuş ərazilərinə səfərdən imtina etməklə, ermənilərin qanını qaraltdı. Kaliforniya ştatı parlamentinin spikeri Con Peres Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfər etməkdən rəsmən imtina edib. Bu barədə Trend-ə mənbə bildirib.
Bu onu göstərir ki, xarici dövlətlərin rəsmi təmsilçiləri artıq ermənilərin təxribatlarına uymur və işğal olunmuş ərazilərə səfər edərək Azərbaycan XİN-in «arzulonmaz şəxslər» siyahısına salınmaq istəmirlər.

Bu xüsusda başqa bir xəbərə görə: Azərbaycanın Kanada səfirliyi bu ölkə parlamentinin deputatı Stefan Dionun separatçı Dağlıq Qarabağa qeyri-qanuni səfər etməsi ilə bağlı məlumatları araşdırır.
Bu barədə bu günkü brifinqdə XİN mətbuat katibi Elman Abdullayev bildirib:
«Azərbaycanın Kanada səfirliyinə artıq müvafiq tapşırıq verilib».
Xatırladaq ki, bu gün Ermənistan KİV-ləri kanadalı deputatın Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsi barədə məlumat yayıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 152