Muəllif:

Kabinetin yeni tərkibini açıqlandı: 10 nazir dəyişildi

Baş nazir Rəcəb Tayyib Ərdoğan Prezident Abdullah Gül ilə görüşdən sonra Nazirlər Kabinetinin yeni tərkibini açıqlayıb.Anadolu Agentliyinə istinadən, kabinetin tərkibində 10 dəyişiklik mövcuddur.  Ankara millət vəkili Əmrullah İşlər Baş nazirin müavini Bəkir Bozdağın yerinə gətirilib. Bozdağ isə ədliyyə naziri təyin olunub. Hakim partiyadan olan millət vəkili Lütfi Əlvan nəqliyyat, dənizçilik və kommunikasiya naziri olub.

Ailə və Sosial Siyasət Nazirliyinə Ayşənur İslam, AB işləri üzrə Nazirliyə isə Mövlud Çavuşoğlu rəhbərlik edəcək. Elm, sənaye və texnologiya naziri vəzifəsinə Fikri İşıq, ətraf mühit və şəhərsalma naziri vəzifəsinə isə İdris Güllüce təyin olunub. Bundan başqa, Nihat Zeybekçi iqtisadiyyat naziri, Akif Çağatay Kılıç gənçlər və idman naziri, Efkan Ala isə daxil işlər naziri vəzifələrində çalışacaqlar.

Baş Nazirliyin mərkəzi binasında  nazirlərin təhvil törəni keşirilmişdir.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 168