Muəllif: Redaksiya
Kabel alanda diqqətli olmaq lazım gəlir
Mağazadan ərzaq alanda olduğu kimi, kabel alanda diqqətli olmaq lazım gəlir. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən satışa hazır saxta 9 min metr elektrik kabel və naqilləri aşkar edilərək satışı dayandırılıb. Bu barədə İİN-dən bildirilir.
Sabunçu rayonu, Zabrat qəsəbəsi, Çkalov küçəsi, 10 B ünvanında fəaliyyət göstərən fiziki şəxs Quliyev Vaqif Manaf oğluna məxsus sexdə aparılan yoxlama zamanı satışa hazır saxta 9 min metr elektrik kabel və naqilləri aşkar edilərək satışı dayandırılıb.
Satışı dayandırılmış saxta elektrik kabel və naqilləri Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə istifadəyə yararsız hala salınmaqla təkrar emala göndərilib.
Bölüm: İqtisadiyyat
Oxunma sayı: 159