Muəllif:

Jurnalistika məhkum edildi

İzmir

5 ildən artıqdır ki, Silivri Cəza evində həbsdə yatan qazeteçilər heç bir tutarlı dəlil olmasa belə, məhkəmə onlara ağır cəza kəsdi. Bu qərarı qəbul etmək mümkün deyil. Qəzeteçi arkadaşlarımız toplumun vicdanında bəraət qazandıqlarından özgürdürlər. Əsl olan budur.
Xüsusi səlahiyyətli məhkəmələr və onları quran sistem əslində xalqımızın ürəyində, beynində qara bir qərara imza atarkən məhz özlərini ömürlük həbsə məhkum etmişlər.
Başlanğıcından günümüzə ağır, axsaq irəliləyən, əskik və qurama dəlillər üzərində qurulan, kişilik pozuqluğu olan gizli şahidlərin verdiyi qondarma suçlamalarla aparılan yalançı Ergenekon Davası, elə gözlənildiyi kimi, yəni «əmr edildiyi» kimi də nəticələnmişdir. Və bu dava elə başladığı sınıq-salxaq gecəqondunun altındaca qalmışdır. Jurnalistikadan başqa heç bir fəaliyyətləri olmayan başda Mustafa Balbay, Tuncay Özkan, Turhan Özlü, Deniz Yıldırım, Hikmet Çiçek kimi məsləkdaşlarımız ağır cəzalara məhkum edilmişlər.
Bu ölkədə Genelkurmay Başkanlığı yapmış İlker Başbuğ başda olmaqla çox sayda ali rütbəli əskərə terrorçu olaraq ömürlük həbs qərarı verən bir məhkəmədən adil bir qərar çıxmayacağı davanın ən başından bu yana bəlliydi. «Əyri cədvəldən doğru cizgi çıxmaz» məsəlini bu məhkəmənin gedişatında acı bir şəkildə yaşadıq.
Bu məhkəmə jurnalistikanı məhkəməyə çəkmiş və onu məhkum etmişdir. Əldə olan sənədlər də, bilgilər də, yazılan yazılar da, qoyulan başlıqlar da, xəbərlər də tamamən qəzeteçiliklə ilgilidir.
Bizlər ilk gündən bu yana hər bir səviyyədə məsləkdaşlarımıza dəstək olduğumuzu dilə gətirdik, «yarqılanan qazeteçilikdir» dedik.
Verilən bu ağır cəzalar içəridəki arkadaşlarımızı da, bizləri də əsla yolumuzdan döndərə bilməyəcəkdir. Başımız dik, vicdanımız rahat mücadiləyə davam edəcəyik. Əsl olan xalqın verdiyi hökmdür. Altı il öncə başlayan Ergenekon Davası zamanı vicdanlar susdu, xalq konuştu. Haqq etmədikləri cəzalara məruz qalan yurdsevərlər məğrur, başı dik qaldı.
Mustafa Balbayın məhkəmə salonunda söylədiyi kimi, «bu qərarın bizim üçün hökmü yox». Onlar xalqın qəlbində bəraət qazanmışlar və son sözü Türk Milləti söyləyəcəkdir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 204