Muəllif: Redaksiya
Jurnalistə təzyiq edən iki polis işdən çıxarıldı
Jurnalistə təzyiq göstərən iki polis əməkdaşı işdən çıxarılıb.
DİN-dən bildirilir ki, Səbail Rayon Post Patrul Xidmətinin iki polis nəfəri jurnalistə qarşı kobud rəftar etdiyinə görə işdən azad edilib. Araşdırmalar zamanı bəlli olub ki, polis nəfərləri aksiya zamanı jurnalistlə kobud rəftar ediblər və bu səbəbdən işdən çıxarılıblar. Söhbət ondan gedir ki, İstanbulda Gəzi parkının sökülməsinə qarşı başlamış kütləvi aksiyalara dəstək olaraq Bakıda keçirilən aksiyaları işıqlandırarkən RATİ əməkdaşı Rasim Əliyev polis nəfərlərinin təzyiqinə məruz qalıb.
Bölüm: Xəbərlər
Oxunma sayı: 168

