Muəllif:

İyulda mətbuat seçki ilə bağlı özünü necə aparıb?

İyul üçün mətbuatın seçki ilə bağlı nəşrlərinin monitorinqinin nəticələri açıqlanıb.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahının Azərbaycan prezidentliyinə keçiriləcək seçkilərlə əlaqədar apardığı seçkiqabağı müşahidələrin nəticələri və seçki bülleteninin 3-cü sayının təqdimatında Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirib ki, monitorinq ölkədə ictimai-siyasi rəqabət qabiliyyətli seçki mühitini əks etdirə bilən 4 iqtidar, 4 müxalifət və 4 müstəqil olmaqla 12 qəzet arasında aparılıb.

M.Zülfüqarlı qeyd edib ki, seçkilərlə bağlı yazıların 50 faizi «seçki prosesləri»nə, 19 faizi «iqtidar-müxalifət» mübarizəsinə, 31 faizi «namizədlərin təbliğatına» həsr olunub:

«Monitorinq zamanı bəlli olub ki, iyundan fərqli olaraq, iyulda qəzetlərin səhifələrində və onların internet saytlarında seçki ilə bağlı yazıların sayında kəskin çoxalma baş verib. Belə ki, ümumilikdə 12 qəzetdə 676 yazı çap olunub, onların internet səhifəsində isə 285 yazı yerləşdirilib».

M.Zülfüqarlının sözlərinə görə, iyul ayında 373 çap yazısı (50 faiz) «seçki prosesləri»nə, 120 yazı (19 faiz) «iqtidar-müxalifət» mübarizəsinə, 183 yazı isə (31 faiz) «namizəd olacaq və ya olmaq ehtimallı şəxslərin təbliğatı»na həsr olunub.

Zülfüqarlı deyib ki, təmsil etdiyi qurum may ayından başlayaraq 4 mərhələdə seçkiləri müşahidə edəcək. Hazırda qurum birinci — seçkiöncəsi mühitin monitorinq mərhələsini yekunlaşdırıb. Bu mərhələdə 12 qəzetin monitorinqi aparılıb, 3 bülleten nəşr olunub.

Tədbirdə qeyd olunub ki, bülletendə seçki ilə bağlı MSK-nın qərarları və lazımı sənədlər, o cümlədən AVCİYA-nın Söz Azadlığını Müdafiə Fondu ilə birgə aparılan qəzetlərin seçki yazılarının 2013-cü il iyul ayına olan monitorinqi də öz əksini tapıb: «AVCİYA müşahidəçiləri üçün avqustun 10-dan seminarların keçirilməsinə başlanılacaq. Bütün bölgələrdə və məntəqələrdə AVCİYA müşahidəçilərinin olması təmin olunacaq. Məqsəd şəffaf və demokratik keçirilən seçkilərə öz töhfəmizi vermək, o cümlədən seçki fəallığı və qanun pozuntusunun olub-olmamasını müəyyənləşdirməkdir».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 130