Muəllif: Redaksiya
İyulda Kannda Azərbaycan Mədəniyyət Festivalı keçiriləcək
İyulda Fransanın Kann şəhərində Azərbaycan Mədəniyyət Festivalı keçiriləcək. Bu xəbəri Kann şəhər merinin müavini, Festival və Konqreslər Sarayının rəhbəri David Lisnar açıqlayıb. Festival Heydər Əliyev Fondu tərəfindən təşkil olunur və iyulun 4-dən 20-nə qədər davam edəcəkdir. Hazırda festivalın proqramı razılaşdırılır. Bu məqsədlə gələn həftə azərbaycanlı təşkilatçılar bu şəhərə səfər edəcəklər.
Lisnar bildirib ki, festival iki tərəf arasındakı dostluq münasibətlərinin göstəricisidir: “Biz Azərbaycanla bərabər çalışmaqdan şadıq. Turizm sahəsində əməkdaşlığın inkişafından, Azərbaycandan Kanna gəlmək istəyən insanları sayının artmasından məmnun olarıq”.
Bölüm: Mədəniyyət
Oxunma sayı: 165