Muəllif:

İvanişvili Soçi olimpiadası barədə ehtiyatla danışır

Baş nazir İvanişvili Soçi olimpiadası barədə son dərəcə ehtiyatlı diplomatik ifadələrlə danışır. Deyir ki, əgər bilavasitə olimpiada ərəfəsində ölkə üçün təhqiredici hal duyulsa, Gürcüstan 2014-cü ildə Soçi Olimpiya Oyunlarında iştirakdan imtina edəcək.
Bidzina İvanişvili qeyd edir ki, Gürcüstan hakimiyyəti hadisələrin inkişafını diqqətlə izləyəcək: «Əgər Olimpiya Oyunlarının başlanması ərəfəsində turnirdə iştirakın bizim üçün təhqiredici olmasını hiss etsək, əlbəttə, iştirak etməyəcəyik».
Bununla yanaşı, Baş nazir bildirib ki, dövlət qeyri-iradi hərəkət etməməlidir:
«Mən cəmiyyət fərdlərinin əksəriyyətinin mövqeyinə anlayışla yanaşıram. Lakin dövlət qeyri-iradi, əsəbi hərəkət etməməli, əksinə, balanslaşdırılmış qərar qəbul etməlidir».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 167