İtaliyanın MADE S.p.A. ilə İlk əməkdaşlıq müqaviləsinə imza atıldı
Çoxdan gözlənilən və sahibkarlara ən müasir şərtlərlə xidmət edəcək “ASK Biznes Konsaltinq”MMC artıq fəaliyyətə başlayıb. Onun direktoru Faiq Səmədov İtaliyanın MADE S.p.A. şirkətinin prezidenti Guiseppe Massascusa ilə birlikdə ilk əməkdaşlıq müqaviləsinə imza atıblar.
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında keçirilən görüşdə konfederasiyanın prezidenti Məmməd Musayev, aparat işçilərivə bir qrup italiyalı sahibkarlar iştirak ediblər.
ASK-nın prezidenti M.Musayev hər iki tərəfin əməkdaşlıq imkanlarını müzakirə edərək onlara uğurlar arzulayıb.O bildirib ki, bu anlaşma memorandumu tərəflərin gələcək hədəflərini müəyyənləşdirəcək, memorandumdan irəli gələn vəzifələr uğurlu layihələrə zəmin yaradacaqdır.
MADE S.p.A. şirkətinin prezidenti Guiseppe Massascusa isə müəssisələri haqqında məlumat verərək bildirib ki, MADE şirkəti tikinti sahəsində hər cür iş görmək imkanına malikdir. Şirkət tarixi abidə hesab olunan binaların saxlanılması, müasir memarlıq , yüksək zövqlü bədii tərtibat üslubunda fəaliyyət göstərir. Onlar müasir İtalyan dekorasiyası və əşyalarından istifadə etməklə Azərbaycan ictimaiyyətinə xidmət göstərməkdə maraqlıdır.
Guiseppe Massascusa “ASK Biznes Konsaltinq MMC”ilə onların əməkdaşlığının uğurlu olacağına ümid etdiklərini, imzalanan anlaşma memorandumunun hər iki tərəfə mənfəət verəcəyini də istisna etməyib.
Qeyd edək ki, bundan sonra tərəflər Azərbaycan və İtaliya şirkətləri arasında əlaqələrinin inkişafına xüsusi səy göstərəcəklər.