Muəllif:

İtaliya Rövşən Canıyev barəsində axtarış elan edib

İtaliya hüquq-mühafizə orqanları Rusiya hakimiyyətinə bildirib ki, yeddi “qanuni oğru” barəsində beynəlxalq axtarış elan ediblər. Onların əksəriyyəti RF ərazisində ola bilər. Rosbalt bildirib ki, İtaliya hakimiyyəti İnterpolun xətti ilə yeddi “qanuni oğru”nun barəsində axtarış elan edib. Onlar Rövşən Canıyev (Rövşən Lənkəranski), altı gürcü və bir erməni “avtoritet”dir.
İtaliya hüquq-mühafizə orqanlarının məlumatına görə, həmin şəxslərin qətllərdə və pulların “yuyulması”nda əli var. İtalyanlar ehtimal edirlər ki, onların bir çoxu Rusiyada ola bilər və RF hakimiyyətindən müvafiq informasiyanın verilməsini xahiş ediblər.
2013-cü il iyunun 18-də eyni zamanda Çexiya, Litva, Portuqaliya, Fransa, İspaniya, Avstriya, Almaniya və Macarıstanda 13 “qanuni oğru” həbs edilib. Məlum olub ki, uzun illər ərzində italiyalı polislər qanqsterlərin danışıqlarını dinləyiblər. Söhbət zamanı onlar “qanuni oğru” Aslan Usoyanın (Ded Xasan) aradan götürülməsi ilə bağlı planı müzakirə ediblər. Nəticədə o 2013-cü ilin yanvarında Moskvada öldürülüb. Rövşən Canıyevin yaxın adamı – Rufo Gəncinski (Rüfət Nəsibov) bu qətlin təşkilində şübhəli bilinərək həbs olunub (Turan).

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 410