İsveçrədən 1 000 baş zaanen keçisi gətirilib, yerli keçilər yaramır
Xaricdən damazlıq heyvanların gətirilməsi prosesi davam edir. Bu məqsədlə bu günlərdə İsveçrədən 1000 baş zaanen cinsli keçi gətirilib. Bu barədə «APA-Economics»ə «Aqrolizinq» ASC-dən məlumat verilib.
Qeyd edək ki, KTN-nin «Aqrolizinq» ASC-yə verdiyi sifariş əsasında gətirilən «Zanen» keçiləri Ağcabədi rayonunda bəslənəcək. Südlük istiqamətli olan bu keçilər gün ərzində 3-4 litr, ildə isə 800-1200 litr süd vermək qabiliyyətinə malikdir.
Əgər gətiriləcək keçilərə Azərbaycandakı hava şəraiti uyğun gələrsə, onların sayı 4 minə çatdırılacaq.
Dövlət başçısının sərəncamına əsasən, bu il xaricdən damazlıq heyvanların idxal olunması və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50% güzəştlə lizinq yolu ilə satılmasını təmin etmək üçün 2013-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan «Aqrolizinq» ASC-yə 10 mln. manat vəsait ayrılıb.