Muəllif: Redaksiya
İstintaq təcridxanasına heroin keçirə bilməyiblər
Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına narkotik keçirmək cəhdi baş tutmayıb.
Əməliyyat-axtarış tədbirləri çərçivəsində təcridxanada saxlanılan, CM 234.1 maddəsi ilə təqsirləndirilən Ruslan Alim oğlu Quliyevə əmisi oğlu Məhəmməd Mətləb oğlu Quliyevin gətirdiyi sovqata baxış keçirilib.
Bu zaman “Ramis” yuyucu tozunun içərisində gizlədilmiş 50 (əlli) ədəd “Travmal” kapsullarının içərisinə qablaşdırılmış ümumi çəkisi 13.045 qram və “Wash&Go” şampununun içərisində qızılı siqaret kağızına bükülməklə orada gizlədilmiş 1.301 qram olmaqla ümumilikdə 14.346 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Bölüm: Kriminal
Oxunma sayı: 122