Muəllif:

İstintaq təcridxanasına görüşə gələn qadının alt paltarından tiryək çıxarıblar

Bakı İstintaq təcridxanasına məhkum yanına gələn qadının alt paltarında narkotik maddə aşkar edilib.   Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən yayılan xəbərə görə, dekabrın 27-də Bakı İstintaq təcridxanasında saxlanılan məhkum Tural Bəylər oğlu Hüseynovun yanına qısa müddətli görüşə gəlmiş Biləsuvar rayonu, Bəydili kəndi, M.Hüseynov küçəsi, ev 32 ünvanında qeydiyyatda olan vətəndaş Aksana Məlik qızı Əzizlinin gətirdiyi sovqata və üzərinə baxış keçirilib.

Baxış zamanı onun alt paltarının içərisində gizlətdiyi şəffaf sellofana bükülmüş ümumi çəkisi 1,20 qram olan narkotik maddə — tiryək aşkar edilərək götürülüb.

Qeyd edək ki, 1990-cı il doğumlu Tural Hüseynov CM 228.1(Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 118