Muəllif: Redaksiya
İstehlak kreditlərinin faiz dərəcələri salına bilər
Mərkəzi Bank kommersiya bankları ilə istehlak kreditlərinin faiz dərəcələrinin aşağı salınması barədə danışıqlar və işlər aparır. MB sədri Elman Rüstəmov keditlər üzrə faiz dərəcələrinə toxunarkən bildirib ki, Azərbaycanda biznes kreditləri üzrə orta faiz dərəcəsi təxminən 14% təşkil edir ki, bu da digər ölkələrlə müqayisəli səviyyədədir: “İstehlak kreditlərinin dərəcələri də qonşu ölkələrlə müqayisədə yüksək hesab oluna bilməz. Lakin hər halda, istehlak kreditlərinin ucuzlaşması Mərkəzi Bank tərəfindən lazımı hesab edilir”.
E.Rüstəmov eyni zamanda bəyan edib ki, bankların yüksək qazanc əldə etməsi barədə fikirlər yanlışdır: “Bankların mənfəətinin orta səviyyəsi təxminən 3%-ə bərabərdir ki, bu da yüksək göstərici hesab oluna bilməz”.
Bölüm: İqtisadiyyat
Oxunma sayı: 172