Muəllif:

İstanbula öz silahımız, öz sursatımız, öz texnikamızla gedirik

Mayın 7-də İstanbulda IDEF-2013 XI uluslararası müdafiə sənayesi sərgisi açılır. Sərgidə Azərbaycan geniş heyət, Müdafiə Sənayesi Nazirliyi isə ayrıca stendlə təmsil olunur. MSN stendində Azərbaycanda istehsal olunmuş 130 adda silah, sursat və digər müdafiə təyinatlı məhsullar, o cümlədən Azərbaycan hərbi sənayesinin tarixində ilk dəfə olaraq yerli istehsal olan nəqliyyat vasitəsi nümayiş olunacaq. Xüsusi təyinatlı qüvvələr və güc strukturları üçün nəzərdə tutulan 4×4 təkər formulu «Gürzə» adlı maşın üzəri silahlandırılmış şəkildə Azərbaycan stendində sərgilənəcək. Artıq maşın və sərgidə nümayiş olunacaq digər məhsullar istanbula çatdırılıb (APA).

Sərgidə 49 ölkədən 800-dən artıq şirkət təmsil olunacaq. Eyni zamanda, 66 ölkədən rəsmi heyətləri sərgidə ziyarətçi qismində iştirakını təsdiqləyib. Sərgidə Türkiyə müdafiə sənayesi özünün son yeniliklərini təqdim edəcək. Türkiyənin əsas aparıcı aviasiya və kosmos qurumu olan TAI şirkəti IDEF-2013-də Türkiyənin ilk milli təlim təyyarəsi olan «Hürkuş»u, «Otokar» şirkəti hərəkət və atış testlərini başa vurmuş «Altay» tankı ilə yanaşı ilk «Tulpar» adlı tırtırlı piyadaların döyüş maşınını, «Ural» adlı zirehli personal daşıyıcını, «Cobra» zirehli maşınlar ailəsinin yeni nəsli olan COBRA II maşınını, Makina və Kimya Sənayesi Qurumu (MKE) isə üzərində 5 ildən artıq işlərin getdiyi Modern Piyada Tüfəngini ilk dəfə bu sərgidə nümayiş etdirəcək. Bundan başqa, Türkiyənin və dünyanın tanınmış müdafiə şirkətlərinin yeni məhsulları da sərgidə tanıtdırılacaq.

Bundan başqa, sərgidə ilk dəfə olaraq 7,62×51 mm-lik «Yalquzaq» snayper tüfəngi, 7,62×54 mm-lik HP-7,62 hücum pulemyotu, «Aerostar» və «Orbiter» tipli pilotsuz uçuş aparatları da beynəlxalq hərbi ictimaiyyətə tanıdılacaq. Sərgi mayın 10-da başa çatacaq.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 133