İstanbul, Taksim hadisələri: polis meydandan çəkildi
İstanbulun Taksim meydanında baş verən üzücü olayların ardınca polis güclərinin İstiqlal Caddəsi, Taksim Meydanı və Gəzi Parkındaki polislerin bu ərazini tərk etdikləri xəbəri alındı. İnsanlar bunun ardınca şüarlar səsləndirə-səsləndirə Taksim meydanına yürüşə başlamışlar deyə Anadolu agentliyi bildirir.
Hökumətin bu tarixi və şəhər əhalisinin istirahət məkanı olan səmtində yeni ticarət mərkəzi və s. inşa etmək niyyəti gözlənilmədən çox kəskin etirazlar doğurmuş, polis və əhali arasında ciddi toqquşmalar baş vermiş, yaralananlar olmuş, həbslər aparılmışdır. Lakin etirazlar alovlanaraq Türkiyənin digər şəhərlərinə də sirayət etmişdir. Hər yerdə çoxminlik dəstək aksiyaları baaşlanmışdır. Bakıda oxuyan türkiyəli tələbələr də Fəvvarələr meydanına toplaşaraq dəstək aksiyası keçirməyə cəhd göstərmişlər.
Polisin izafi güc tətbiq etməsi bütün dünyada qınanmışdır. Hətta Türkiyədə «ərəb baharı»nın başlandığı siqnalları da verilmişdi. Hökumət durumun ciddiliyini deyəsən anlamışdır. Biz deyərdik ki, bu işlərin sonrasından qorxduğu hiss olunur.
Həbs edilən 81 adamın sərbəst buraxıldığı xəbərlərə əlavə edilir.