Muəllif:

İsraillə aqrar sahədə əməkdaşlıq genişlənəcək

Azərbaycan və İsrail kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair saziş imzalamağa hazırlaşır. Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov İsrailin Azərbaycan səfiri Rafael Harpaz ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, Əsədov Azərbaycanla İsrail arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair sazişin imzalanmasının hər iki tərəfdən sürətləndirilməsinin vacibliyini bildirib.

Görüş zamanı Əsədov İsrailin yüksək səviyyəli təcrübəsindən faydalanmaq məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyətinin İsrailə və ya israilli mütəxəssislərin ölkəmizə ezam olunmasını, İsrail iş adamları ilə görüşlərin keçirilməsini bu sahənin inkişafı üçün önəmli olduğunu deyib.

Nazir kənd təsərrüfatı kooperativlərinin yaradılmasında İsrail təcrübəsindən yararlanmağın vacibliyi, suya qənaət edən texnologiyalar sahəsində, Azərbaycanda kənd təsərrüfatı heyvanlarının süd məhsuldarlığının artırılması məqsədilə İsrail ilə bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi, Azərbaycanda kənd təsərrüfatı heyvanlarının cins tərkibinin yaxşılaşdırılması məqsədilə nazirliyinin Süni Mayalama Mərkəzinin İsrailin müvafiq qurumu ilə əməkdaşlıq əlaqələrinin yaradılmasını təklif edib. Bundan başqa, H.Əsədov İsrail iş adamlarını Azərbaycana dəvət edib.

Səfir Harpaz isə İsrailin özəl sektoru ilə əməkdaşlığa dair geniş imkanların olduğunu qeyd edərək, Azərbaycan ilə İsrail iş adamları arasında biznes görüşlərin təşkilinin vacibliyini bildirib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 142