Muəllif:

İsrail və Fələstin münaqişəni 9 aya həll etmək niyyətindədir

İsraillilər və fələstinlilər aralarındakı münaqişəsini qarşıdakı 9 ay ərzində nizamlamağı qarşılarına məqsəd qoyublar. Vaşinqtonda ABŞ dövlət katibi Con Kerri bəyan edib ki, “Tərəflər bu gün statusla bağlı yekun məsələlərin, habelə əsas və digər məsələlərin danışıqlar masasında olmasına dair razılığa gəliblər… Bizim vəzifəmiz 9 ay ərzində statusla bağlı yekun razılığa gəlməkdir”, deyə Kerri İsrail və Fələstin heyətlərinin rəhbərləri Tsipi Livni və Saeb Erekatın iştirak etdiyi mətbuat konfransında qeyd edib.

Onun sözlərinə görə, danışıqlar yaxın zamanda başlayacaq və onların məzmunu razılaşma əldə olunanadək məxfi saxlanacaq. “Tərəflər formal danışıqlara başlamaq üçün qarşıdakı iki həftə ərzində İsraildə, yaxud da Fələstin torpaqlarında görüşəcəklər”, deyə Kerri qeyd edib.

Onun sözlərinə görə, tərəflərin ABŞ prezidenti Barak Obama və vitse-prezident Co Baydenlə görüşü “çox pozitiv” olub.

Kerri vurğulayıb ki, müstəqil Fələstin dövlətinin yaranması İsrailin marağındadır, çünki bu bölgədə sülhün və inkişafın bərqərar olmasına səbəb olacaq.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 125