İsrail hökuməti: payızda Azərbaycana getməyin…
İsrail höküməti vətəndaşlarına düşündürücü bir xəbərdarlıq edib.
İsraİil baş nazirinin antiterrorizm bürosu ölkə vətəndaşlarına payızda bir sıra ölkələrə səfər etməməklə bağlı xəbərdarlıq ünvanlayıb. “Jerusalem Post”da yayılan xəbərə görə, bir sıra ölkələrlə yanaşı Azərbaycan və Türkiyə də davamlı potensial təhlükə ehtimalı olan dövlətlər siyahısına daxil edilib və İsrail vətəndaşlarına mümkün olduqca bu ölkələrə səfər etməmək tövsiyə olunub.
İsrail vətəndaşlarının səfər etməsi tövsiyə olunmayan ölkələr sırasında Misir və İordaniya da var. Büro Tailandın cənubunu, Filippin, Seneqal, Kəşmir bölgəsi, Nigeriya, Keniya və Çeçenistanı səfər etmək üçün ən təhlükəli regionlar hesab edir.
Xəbərdarlıqda qeyd olunur ki, müxtəlif terror qruplaşmaları payızda keçiriləcək ənənəvi Roş a-Şana və Sukkot bayramları ərəfəsində və 11 sentyabr hadisələrinin ildönümündə İsrail və yəhudi obyektlərinə hücumlar təşkil edə bilər.
Bütün bunları anladıq. Anlaya bilmədiyimiz — niyə bizim ölkənin də adının bu sırada olmağıdır.