Muəllif: İsmayıl Umudlu
İsrail Azərbaycana silah satışını artırmaq niyyətindədir
Bu il İsrail Azərbaycana silah və hərbi ləvazimat satışını artırmaq niyyətindədir. APA-nın İsrailin haaretz.com saytına istinadən verdiyi məlumata görə, bu barədə İsrail Müdafiə Nazirliyinin baş direktoru Udi Şan bildirib. O, İsrailin silah və hərbi ləvazimat satışını artırmağı planlaşdırdığı ölkələr arasında Braziliya, Polşa və Vyetnamın da adını qeyd edib.
Xəbərdə deyilir ki, nazirliyin məqsədi bir neçə il ərzində illik silah ixracını 10 mlrd. dollara çatdırmaqdır.
Bölüm: Redaktor seçimi
Oxunma sayı: 125