Muəllif:

İsmayıllı məhbuslarına əlavə ittihamlar tapılıb

İsmayıllı hadisələrində təqsirli bilinən şəxslərə əlavə ittihamlar tapılıb.
Yanvarın 23-də İsmayıllıda baş vermiş hadisələrlə bağlı saxlanılan “Çıraq” otelinin inzibatçısı Emil Şəmdinov və tanışı Elməddin Məmmədovun hadisə vaxtı döydükləri sürücü ilə bağlı tibbi ekspertizanın rəyi açıqlanıb. Ekspertiza həmin şəxsin xəsarətlərini ağır qiymətləndirib. Bunun üçün istintaq orqanı E. Şəmdinov və E. Məmmədova qarşı CM 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə əlavə ittiham elan edib.

Baş Prokurorluq və DİN İsmayıllı hadisələri ilə bağlı yaydığı məlumata görə, yanvarın 23-də İsmayıllı şəhərində “Çıraq” otelinin inzibatçısı Emil Şəmdinovun və tanışı Elməddin Məmmədovun sərxoş vəziyyətdə özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmələri və bununla əlaqədar hadisə yerinə toplaşmış bir qrup şəxs tərəfindən “Çıraq” otelinin və müxtəlif markalı avtomobillərin yandırılması ilə nəticələnən kütləvi münaqişə baş verib. Törətdikləri hüquqazidd əməllərə görə Emil Şəmdinov və Elməddin Məmmədov cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmə tərəfindən həbs-qətimkan tədbiri seçilib. Fakt üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi başlanıb, prokurorluq və polis orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Hadisə ilə əlaqədar yanğın və dağıntıların törədilməsində fəallıq göstərmiş rayon sakinləri Vasif İbrahimov, Şükran Mühübəliyev, Şakir Mustafayev, Ceyhun Abbasov, Cəfər Cəfərov və əvvəllər məhkum olunmuş Elşən Qurbanov, eyni zamanda, yandırılan “Çıraq” otelindən iki televizor, bir divan və bir kreslonu soyğunçuluq yolu ilə açıq taladıqlarına görə Səxavət Səmədov və Xəyal Şaranov CM müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 102