Muəllif: Redaksiya
İsmayıllı hadisələrinin səbəbkarları cəzalandı: birinə 9 il 6 ay, o birinə 3 il
Ağır Cinayətlərə dair İşlər üzrə Şəki Məhkəməsində İsmayıllıda yerləşən “Çıraq” otelinin administratoru Emil Şəmdinov və onun dostu Elməddin Məmmədovun işi üzrə proses başa çatıb. Onlar yanvarın 23-də İsmayıllıda kütləvi iğtişaşlara səbəb olan YNH törətməkdə ittiham olunurdu.
Şəmdinov 126.2.4 (xuliqanlıq məqsədilə təhlükəli üsulla bədən xəsarətləri yetirmə), 221.2.1 (bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq) və 221.2-ci (ictimai asayişin pozulmasının qarşısını alan şəxslərə müqavimət göstərməklə xuliqanlıq) maddələrlə təqsirli bilinib və 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Məmmədov 221.2.1 və 221.2.2-ci maddələrlə 3 il azadlıqdan məhrum edilib.
Müttəhimlər apellyasiya şikayəti veriblər.
Bölüm: Cəmiyyət
Oxunma sayı: 136