Muəllif:

İsmayıllı hadisələri üzrə məhkəmə başlayır

Bu gün saat 14.00-da Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı hadisələri ilə bağlı məhkəmə prosesi üzrə hazırlıq iclası olacaq. Artıq Şəki Ağır Cinayətlər Məhkəməsinin ətrafında çoxsaylı polis-patrul avtomobili və polislər var. Turan-ın xüsusi müxbirinin Şəkidən verdiyi xəbər görə, Bakıdan və İsmayıllıdan məhkəməni izləmək üçün çoxsaylı vətəndaşlar Şəkiyə gəlib. Şəkiyə gələnlər arasında REAL hərəkatının, Müsavat Partiyasının, çoxsaylı gənclər təşkilatlarının fəalları var. Polis onların məhkəmə binasına daxil olmasına imkan vermir.
Yanvarın 23-də İsmayıllıda “Çıraq” hotelinin inzibatçısı Emil Şəmdinovun və onun tanışı Elməddin Məmmədovun sərxoş vəziyyətdə özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmələri və bununla əlaqədar hadisə yerinə toplaşmış bir qrup şəxs tərəfindən “Çıraq” hotelinin və müxtəlif markalı avtomobillərin yandırılması ilə nəticələnən kütləvi münaqişə, daha sonra kütləvi etirazlar baş verib.
Etirazlar yanvarın 24-də yatırılıb. 18 nəfər həbs edilib. Həbs olunanların arasında etirazlar yatırıldıqdan sonra İsmayıllıya getmiş müxalif REAL hərəkatının lideri İlqar Məmmədov və Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu da var.
Tofiq Yaqublu, İlqar Məmmədov, həmçinin İsmayıllı rayon sakinləri Cinayət Məcəlləsinin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi qaldırılıb və barələrində həbs qətiimkan tədbiri seçilib.
qəti cəlb edir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 354