Muəllif:

İsmailiyyə qəza vəziyyətində: MEA Rəyasət Heyəti köçür

MEA Rəyasət Heyətinin yeni binaya köçürülməsi nəzərdə tutulur. MEA prezidenti, akademik Akif Əlizadə Rəyasət Heyətinin bu günkü iclasında bildirib ki, binanın əsaslı təmir edilməsi planlaşdırılır: «Bu bina tarixi abidədir. Rəyasət Heyəti buradan köçəndən sonra binada dövlət tərəfindən əsaslı təmir işlərinin aparılması planlaşdırılır. Burada demək olar ki, qəzalı vəziyyət yaranıb».

A.Əlizadə deyib ki, AMEA-nın 70 illiyinin geniş miqyasda qeyd edilməsi üçün dövlət qarşısında vəsatət qaldırılacaq.Prezident deyib:

«1945-ci ildə yaradılmış MEA-nın yublyeyi yaxnlaşmaqdadır. 2015-ci ilin martında AMEA-nın 70 illiyi tamam olacaq. Ölkə Prezidenti bildirib ki, akademiyanın 70 illik yubileyi də 60 illik yubileyi kimi qeyd olunsun. 2014-cü ilin yanvar-fevral aylarında AMEA-nın 70 illik yubileyi ilə əlaqədar sərəncamın layihəsi hazırlanacaq. Yubileylə əlaqədar işçi qrupunun yaradılması nəzərdə tutulur».

Akademik AMEA-nın Mərkəzi Kitabxanasının tikintisinin bu ilin dekabr ayında yekunlaşacağının gözlənildiyini də söyləyib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 239