Muəllif:

İslamda irqçilik də varmış?

Tehran hakimiyyəti Rza və Məhəmmədrza pəhləviləri qəbul etmədiyini bildirsə də, onların assimilyasiya praktikasını təkrar edir. Lent.az-ın Güney Azərbaycanyönlü informasiya vasitələrinə istinadən məlumatına görə, İslam Cümhuriyyəti İran mərkəzli fars düşüncə sisteminə qulluq etdiyini gizlətmir.
Mənbənin məlumatına əsasən, Tehran hakimiyyətinə Təbrizdə qulluq edənlər şəhər məktəblərinə yenidən cərimə sandıqları yerləşdiriblər. Onlar bu tədbiri özəlliklə Təbrizin bir sıra qız məktəblərində, o cümlədən Həzrəti- Məsumə və Fatimiyyədə həyata keçirirlər. Azərbaycan türkcəsində, ana dilində danışan şagirdlər cərimələnir və sandığa pul atmağa məcbur edilirlər.
Mənbə bildirib ki, adı çəkilən məktəblərdə sandıqları «İran və dünya tarixi» dərsinin müəllimi xanım Əzizzadə yerləşdirib. O, şagirdləri fars dilində danışmağa məcbur edir. Azərbaycan türkcəsində danışan şagirdlərlə irqçi kimi davranır. İslamda irqçiliyin olduğundan təzəlikcə xəbər tuturuq…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 228