Muəllif:

İşçilər maaşlarını istədilər, tökülüşüb o ki var döydülər

Şəkinin Aşağı Göynük kəndində Vələt Hümbətova məxsus taxta emalatxanasında işləyən işçilər döyülüb. Buna səbəb onların öz maaşlarını istəmələri olub.
Əmək haqqlarını ala bilməyən işçilər öz haqlarını istədikdə emalatxananın digər işçiləri (ştreykbexerlər?) onların üstlərinə tökülüşüb onları o ki var döyüblər, onlara küt alətlər və bıçaqla xəsarətlər yetirməyi də yaddan çıxarmayıblar. Nəticədə Aşağı Göynük kənd sakinləri — Rəhimov Taleh, Rəhmanov Məcnun, Abbasov Gündüz, Şabanov Habil, Yusifov Elman, Mustafayev Pərviz, Məmmədov Pərvin döyülüb.
Sabitliyi qorumaq üçün hadisə yerinə çoxlu sayda polis əməkdaşı cəlb olunub. Dalaşanaları ayıran zaman hadisə yerində olan Aşağı Göynük kənd sakini, polis leytenantı Abdulkərimov Adil müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralıların vəziyyəti ağır olmadığından onlar ilk olaraq polis şöbəsinə gətirilib. İfadələri alındıqdan sonra Şəki rayon Mərkəzi xəstəxanasına aparılıblar. Xəstəxanadan verilən məlumata görə, xəsarət alanların vəziyyəti normaldır və ilkin müayinədən sonra evə buraxılacaqlar.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 147