Muəllif:

İsa Sadıqov beynəlxalq axtarışa verilib?!

İsa Sadıqov beynəlxalq axtarışa verildiyi barədə heyrət doğuran xəbər yayılıb.
1993-cü ildə Surət Hüseynovun təşəbbüsü ilə başlanan “Gəncə hadisələri”nin aktiv iştirakçısı, o vaxt N saylı hərbi hissənin komandiri, hazırda istefada olan polkovnik, İsa Nəzər oğlu Sadıqov beynəlxalq axtarışa nə səbəbdən verildiyi anlaşılmır. İsa Sadıxov 1992-ci ildə Azərbaycan müdafiə nazirinin Qərb istiqamətində döyüş əməliyyatları üzrə müavini olub və bir sıra uğurlu əməliyyatların iştirakçısı idi, cəmiyyət arasında hörməti tutulan hərbçilər sırasında yer alırdı.

Yayılan məlumatlara görə, bundan əvvəl İsa Sadıqov barədə Hərbi Prokurorluğun xüsusi istintaq idarəsi tərəfindən CM 341.3-cü maddəsi ilə cinayət işi başlanıb, hazırda fakt üzrə təhqiqat aparılır.

İsa Sadıqov sonralar MN-də rəhbər hərbi vəzifədə olmuş, istefaya çıxdıqdan sonra ictimai işlərdə fəallıq göstərirdi. Bir ara anlaşılmaz ittiham əsasında həbsdə yatmış, azad edildikdən sonra — 2001-ci ildə ailəliklə Norveçə köçüb gedib. Keçən il memuarları Bakı mətbuatındə dərc edilmiş və rezonans doğurmuşdu. APA-nın xəbərinə görə bu günlərdə Norveçdən Türkiyəyə səfər edən İsa Sadıqov Azərbaycanda baş verən hadisələri diqqətlə izlədiyini, yaxın zamanlarda Bakıya qayıtmaq niyyətində olduğunu deyib. Onun sözlərinə görə, zərurət yaranacağı təqdirdə Milli Şuraya üzv ola bilər.

İsa Sadıqov həmçinin Beynəlxalq Universitetin sabiq rektoru Elşad Abdullayevin qardaşı, yoxa çıxmış, MTN-nin əməkdaşı Mahir Abdullayevin hüquqlarını müdafiə komitəsinin üzvüdür.

Xatıladaq ki,

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 376