İsa Qəmbər Kiyevdə Meydanda cıxış edib: «Burada digər postsovet ölkələri xalqlarının da taleləri həll olunur»
Kiyevdə səfərdə olan Müsavat Partiyasının başqanı İsa Qəmbər Meydanda tribunada çıxış edib. Başqan xalqların azadlığı prosesindən, bu prosesin Azərbaycandakı başlanğıcından, Məmməd Əmin Rəsulzadə irsindən danışıb. O deyib ki, bu gün Ukraynada yalnız Ukrayna xalqının deyil, digər postsovet ölkələri xalqlarının da taleləri həll olunur; o cümlədən də rus xalqının.
İsa Qəmbər vurğulayıb ki, seçkiləri iqtidarlar saxtalaşdıra bilər. Lakin xalqların strateji seçiminin qarşısını heç kim ala bilməz. Azərbaycan xalqı və müxalifəti adından Ukrayna xalqına böyük dəstəyi ifadə edən Müsavat başqanı «Azərbaycan və Ukrayna xalqlarının dostluğuna eşq olsun» şüarı ilə çıxışını bitirib.
Müsavat başqanını səfərdə müşayiət edən müavini Gülağa Aslanlı və Ukraynada yaşayan sabiq daxili qoşunlar komandanı Fəhmin Hacıyev də Meydanın baş tribunasında olublar (Turan).