Muəllif:

İş adamları mallarını Pokrovsk bazasından çıxara biləcəklər

Moskvanın Qərbi Biryulevo rayonunda yerləşən meyvə-tərəvəz bazasının icarədarlarına məhsullarının çıxarılması üçün kifayət qədər vaxt veriləcək. Bu barədə Moskva Ticarət və Xidmət Departamentinin rəhbəri Aleksey Nemeryuk bildirib. Onun sözlərinə görə, icarədarlara istədikləri qədər vaxt veriləcək: “Moskva meri Sergey Sobyanin sahibkarlara tam kömək göstərilməsi barədə göstəriş verib. Düşünürəm ki, yaxın bir-iki gün ərzində baza tamamilə boşaldılacaq”.

Bəlli olduğu kimi, Moskvanın Çertanov Rayon Məhkəməsi Pokrovsk meyvə-tərəvəz bazasının 90 gün müddətinə bağlanması haqqında qərar çıxarıb. Məhkəmənin qərarı ilə paytaxtın Qərbi Biryulevo rayonunda yerləşən Pokrovsk meyvə-tərəvəz bazasının daxil olduğu “Novıe Çeryomuşki” QSC-nin fəaliyyətinin dayandırılıb. Məhkəmədə iddiaçı qismində Rospotrebnadzor iştirak edib. Rospotrebnadzorun iddiasına görə, baza sanitar-epidemioloji qaydalara riayət etməyib.

Pokrovsk bazasının bağlanması orada çalışan yüzlərlə azərbaycanlı iş adamlarına ciddi zərər vurub.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 143