İş adamını öldürənə 15 il oxudular
Qəsdən adam öldürməkdə və digər cinayətlərdə təqsirləndirilən Türkel Əsədullazadənin cinayət işi üzrə məhkəmə prosesiBakı Ağır Cinayətlər Məhkəməsində başa çatıb. Çıxarılan hökmə əsasən, T. Əsədullazadə 15 il müddətinə azadlıqdan məhrum edilib.
Ötən il iyunun 5-də saat 15.00 radələrində Suraxanı rayonunda fəaliyyət göstərən “Altun” istirahət mərkəzinin sahibi Asif Əsədullazadənin oğlu Türkel həmin rayonun Yeni Günəşli qəsəbəsində yerləşən “Badü-Kubə” Mənzil-Tikinti Kooperativinə məxsus binanın qarşısında atasına məxsus ov tüfəngindən atəş açaraq Məmmədov Samid Abış oğlunu qətlə yetirib, MTK-nın təsisçisi Qəmbərov Ədalət Nəcəf oğlunu isə yaralayıb.
Bəlli olub ki, Asif Əsədullazadə ilə Ədalət Qəmbərov arasında 2003-cü ildən bəri mülk davası olub. Hadisə də məhz bu səbəbdən baş verib.
Dövlət ittihamçısı T. Əsədullzadənin şəxsin ömürlük olaraq azadlıqdan məhrum edilməsini istəmişdi.